...

Formula 1 pilotu Serxio Peres 1 illik müqavilədən imtina edib

İdman Materials 22 May 2024 09:11 (UTC +04:00)
Formula 1 pilotu Serxio Peres 1 illik müqavilədən imtina edib

Bakı. Trend:

“Red Bull” komandası Serxio Pereslə yeni müqavilə bağlamağa hazırdır.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, hətta meksikalı sürücüyə yeni müqavilə göndərilib.

Amma S.Peres hələlik sənədi təsdiq etmək niyyətində deyil. Meksikalı jurnalistin məlumatına görə, Formula 1 pilotuna təklif olunan müqavilənin müddəti 1 ildir. Serxio isə ən azı 2 illik razılaşma əldə etmək niyyətindədir.

Qeyd edək ki, əgər danışıqlar uğurlu başa çatarsa, S.Peres "1+1" illik müqaviləyə imza atacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti