Bakı. Trend:
Türkiyə kubokunda 2023/2024 mövsümünün final matçı keçirilib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, həlledici matçda “Beşiktaş” və “Trabzonspor” üz-üzə gəlib.
Məhsuldar keçən qarşılaşmada qapılara 5 top vurulub. İstanbul klubu 90+4-cü dəqiqədə fərqlənərək, 3:2 hesabı ilə qalib gəlib.
“Beşiktaş” tarixində 11-ci dəfə ölkə kubokuna yiyələnib. Komanda sonuncu dəfə 2011-ci ildə bu uğura nail olmuşdu.
Qeyd edək ki, “Qalatasaray” Türkiyə kubokunu 18 dəfə qazanıb. “Trabzonspor”un hesabında 9 titul var.