Bakı. Trend:
İdman gimnastikası üzrə Azərbaycan millisinin üzvü Nazənin Teymurova Bolqarıstanın Varna şəhərində keçirilən “Challenge” seriyasına aid Dünya Kubokunda finala yüksəlib.
Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, o, sərbəst hərəkətlər proqramında həlledici mərhələdə iştirak hüququ qazanıb.
Ötən gün start götürən Dünya Kubokuna mayın 26-da yekun vurulacaq.