...

Azərbaycanlı şahmatçı Dubayda vahid lider olub

İdman Materials 30 May 2024 04:41 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanlı şahmatçı Məhəmməd Muradlı “Dubai Open 2024”də vahid lider olub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, o, 5 turdan sonra 4,5 xal toplayıb.

Məhəmməd son oyunda Raunak Sadvaniyə (Hindistan) qalib gəlib. Azərbaycanı təmsil edən digər şahmatçılardan Rəvan Əliyevlə Gövhər Beydulayeva da turu maksimum nəticə ilə başa vurub. Eltac Səfərli, Gülnar Məmmədova və Günay Məmmədzadə məğlub olub, Xanım Balajayeva heç-heçə razıl olub.

Qeyd edək ki, Muradlı 6-cı turda 4 xala malik Yagiz Kaan Erdoğmuşla qarşılaşacaq.

Xəbər lenti

Xəbər lenti