...

Faiq Qarayevin inamı mənə böyük motivasiya verir - Ülkər Kərimova

İdman Materials 1 İyun 2024 12:46 (UTC +04:00)
Faiq Qarayevin inamı mənə böyük motivasiya verir - Ülkər Kərimova

Bakı. Trend:

Azərbaycan millisinin voleybolçusu Ülkər Kərimovanın İdman.biz-ə müsahibəsi

- Bakıda keçirilən Qızıl Avropa Liqasının III mərhələsində Estoniya yığmasına 3:0 hesabla qalib gəldiniz. Uğursuzluq seriyasını necə qırdınız?

- ⁠Bu matça böyük məqsədlərlə çıxmışdıq. Mütləq şəkildə qazanmalı idik. Qarşımıza qoyduğumuz əsas məsələ Bakıdakı iki oyunu qazanmaqdır. Özümüzə inandıq və sonda qalib gəldik. Hamı bizdən qələbə gözləyirdi və bunu bacardıq.

- ⁠Hər 3 setdə meydanda gərgin və bir o qədərdə istəkli şəkildə mübarizə apardınız. Bu nədən irəli gəlirdi?

- ⁠Bu, baş məşqçinin mənə inamı nəticəsində ərsəyə gəlir. O mənə sonadək inandı. 3 set əvəzlənmədən çıxış etdim. Bu da Faiq Qarayevin mənə nə dərəcədə inamının olmasından irəli gəlir. Bu inam mənə böyük motivasiya verir.

- ⁠İlk dəfə oynadığın Qızıl Avropa Liqasını necə dəyərləndirərdiniz?

- ⁠Burada zəif rəqib yoxdur. Məğlub olduğumuz matçların səbəbi yorğunluqla əlaqədardır. Yəni saat dəyişikliyi, tez-tez ölkələrin dəyişilməsi və s. bütün bunlar bizə olduqca təsir etdi. Məncə, ardıcıl məğlubiyyətimizin səbəbi bununla əlaqədardır.

Xəbər lenti

Xəbər lenti