...

Azərbaycan millisi Fransanı MƏĞLUB ETDİ

İdman Materials 4 İyun 2024 21:33 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan minifutbol millisi Bosniya və Herseqovinada təşkil olunan Avropa çempionatının qrup mərhələsində son oyununu keçirib.

Trend-in məlumatına görə, yığma F qrupunda Fransa ilə qarşılaşıb. Görüş Elşad Quliyevin komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Yer aldığı qrupda maksimum nəticə göstərən milli turnir cədvəlini 9 xalla birinci sırada tamamlayıb. Yığmamız pley-off mərhələsində E qrupunun ikincisi olacaq Bolqarıstan və ya Serbiya yığmalarından biri ilə qarşılaşacaq.

Qeyd edək ki, bundan əvvəlki iki turda Azərbaycan yığması Belçikanı 3:0, İtaliyanı isə 2:1 hesabı ilə məğlub edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti