...

Millinin futbolçusu "Səbail" ilə yeni müqavilə imzalayıb

İdman Materials 5 İyun 2024 06:05 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2024/25 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” daha bir futbolçu ilə müqaviləni yeniləyib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Samir Abdullayevlə 1 illik anlaşma əldə olunub.

Yarımmüdafiəçi ötən mövsüm komandanın heyətində Azərbaycan Premyer Liqasında 22, Azərbaycan Kubokunda 4 oyuna çıxıb. Oyunçu bu görüşlərdə 2 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

Qeyd edək ki, U-21 milli komandamızın üzvü 2022-ci ildən “dənizçilər”in formasını geyinir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti