...

Rövşən Nəcəf Fernandu Santuşla görüləcək işləri müzakirə edib

İdman Materials 13 İyun 2024 16:35 (UTC +04:00)
Rövşən Nəcəf Fernandu Santuşla görüləcək işləri müzakirə edib

Bakı. Trend:

AFFA prezidenti Rövşən Nəcəf Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunan Fernandu Santuş ilə görüşüb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, görüşdə milli komandanın qarşısına qoyulan hədəflər, güclü və rəqabətədavamlı komandanın formalaşdırılması istiqamətində görüləcək işlər müzakirə edilib.

Söhbət zamanı, həmçinin Azərbaycan futbolunun inkişafına dair gələcək planlar, o cümlədən uşaq futbolunun inkişafı və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti