...

"Sabah" “Makkabi”ni keçmək gücündədir - Futbolçu

İdman Materials 20 İyun 2024 09:17 (UTC +04:00)
"Sabah" “Makkabi”ni keçmək gücündədir - Futbolçu

Bakı. Trend:

İsrailin əsas komandası Təl-Əviv "Makkabi"sidir. Düşünürəm ki, "Sabah" bu rəqibi keçmək gücündədir.

Trend xəbər verir ki, bunu İdman.biz-ə veteran futbolçu Təbriz Həsənov deyib.

O, Konfrans Liqasında II təsnifat mərhələsinin püşkünü dəyərləndirib. O bildirib ki, "Sabah" Hayfa "Makkabi”sini (İsrail) keçmək gücündədir: "Demirəm asan olacaq. Çünki İsrail futbolu ən yaxşı vaxtlarını yaşayır. Buna baxmayaraq, üstün tərəf "Sabah"dır".

Həsənov "Qarabağ"ın heyətində bu klub üzərində qələbəni də xatırlayıb: "1999-cu ildə Hayfa “Makkabi”sini məğlub edərək, ilk dəfə mərhələ adladıq. İnanıram ki, "Sabah" da bunu bacaracaq".

Qeyd edək ki, II təsnifat mərhələsi iyulun 25-də və avqustun 1-də baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti