...

“Sabah” Kahim Parrisi transfer edib

İdman Materials 25 İyun 2024 03:29 (UTC +04:00)

Bakı. Trend:

"Sabah" yamaykalı vinger Kahim Parrislə 4 illik müqavilə bağlayıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, klubun mətbuat xidməti bu barədə məlumat yayıb.

Parris Ukraynanın "Dinamo" (Kiyev) klubundan transfer edilib. O, ötən mövsümü icarə əsasında “Sabah”da keçirib.

Qeyd edək ki, Kahim komandanın heyətində keçirdiyi 31 oyunda 4 qol vurub, 8 məhsuldar ötürmə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti