...

"Səbail" ukraynalı futbolçunun transferini açıqlayıb

İdman Materials 8 İyul 2024 17:47 (UTC +04:00)

Bakı. Trend:

“Səbail” heyətinə daha bir futbolçu qatıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki,, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.

Paytaxt təmsilçisi Dmitri Litvinlə müqavilə imzalayıb. Kiyev “Dinamo”sunun yetirməsinin son klubu Portuqaliya təmsilçisi “Lusitaniya” olub.

28 yaşlı müdafiəçi karyerası ərzində Ukraynada “Metallist”, “Zarya”, “Olimpik”, Portuqaliyada “Aveş”, “Fefe”, “Real” (Keluş), Rusiyada “Akron”, “OİK Xabarovsk”, Farer adalarında “Klaksvik”in formasını geyinib.

Qeyd edək ki, Litvin Ukraynanın U-21 millisinin də şərəfini qoruyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti