...

Harri Keyn Avropa çempionatlarının pley-offunda ən çox qol vurub

İdman Materials 11 İyul 2024 07:55 (UTC +04:00)
Harri Keyn Avropa çempionatlarının pley-offunda ən çox qol vurub

Bakı. Trend:

Harri Keyn Avropa çempionatlarının final mərhələsinin pley-offunda ən çox qol vuran futbolçudur.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, ingilis forvard 6 dəfə fərqlənib.

O, bu gün AVRO-2024-ün yarımfinalında Niderlandla görüşdə penalti zərbəsindən fərqlənib. 1960-1976-ci illərdə turnirdə 4, 1992-ci ilə kimi isə 8 komanda mübarizə apardığından pley-off mərhələsi yarımfinaldan start götürüb. Bu baxımdan son çempionatlarda pley-off oyunlarının sayı artıb və bu, Keynə lider olmaq imkanı yaradıb.

İngilis hücumçunu hesabında 5 qol olan Antuan Qrizmann və 4 dəfə fərqlənən Herd Mülleri arxada qoyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti