...

"Səbail" mərakeşli forvardı transfer edib

İdman Materials 14 İyul 2024 19:02 (UTC +04:00)

Bakı. Trend:

"Səbail" heyətini daha bir hücumçu ilə gücləndirib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, "dənizçilər" Ayman Buali ilə 1 illik müqavilə bağlayıblar.

Mərakeşli futbolçu komandaya sərbəst agent kimi qoşulub. Onun çıxış etdiyi son klub "Ümraniyəspor" (Türkiyə) olub. Buali 2023/2024 mövsümündə 21 oyunda 1 qolla yadda qalıb.

Qeyd edək ki, Buali "Səbail" 4-cü əcnəbi transferi olub. Komanda bundan əvvəl ukraynalı Dmitri Litvin, albaniyalı Amir Bilali və ispaniyalı Qorka Laruçça ilə müqavilə bağlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti