...

Belçika yığmasının qapıçısı "Əl-Qadisiya"da

İdman Materials 18 İyul 2024 20:53 (UTC +04:00)

Bakı. Trend:

Belçikalı qapıçı Kun Kastels karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, o, "Əl-Qadisiya" ilə 3 illik müqavilə bağlayıb.

32 yaşlı qolkiper komandaya sərbəst agent kimi qoşulub. O, son 9 mövsümü "Volfsburq"un heyətində keçirib. Bu müddət ərzində 275 oyunda 357 top buraxıb, 91 matçda qapısını toxunulmaz saxlayıb.

Qeyd edək ki, Kastels AVRO-2024-də Belçika yığmasının əsas qapıçısı olub. O, ölkə millisinin heyətində 14 oyunda meydana çıxıb.

Xəbər lenti

Xəbər lenti