Bakı. Trend:
Sesk Fabreqas rəsmən "Komo"nun baş məşqçisi təyin olunub.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
37 yaşlı mütəxəssis klubla 4 illik müqavilə imzalayıb. "Komo"nun onun rəhbərliyi ilə A Seriyasına vəsiqə qazansa da, lisenziyası olmadığı üçün komandanın rəsmən baş məşqçisi vəzifəsini tutmayıb. Fabreqasın "Çelsi"nin məşqçilər heyətində yer alacağı xəbərləri yayılsa da, bu təsdiqini tapmayıb.
Qeyd edək ki, 2023/2024 mövsümündə "Komo" B Seriyasını 2-ci pillədə başa vurub.