Bakı. Trend:
Bu gün Konfrans Liqasında mübarizə aparan “Sumqayıt” ilk oyununa çıxacaq.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, Samir Abasovun yetirmələri II təsnifat mərhələsinə doğma divarlar arasında başlayacaq.
Sumqayıtlılar Macarıstan “Fehervar”ını qəbul edəcək. Bu, Azərbaycan klublarının Konfrans Liqasının yeni mövsümündəki ilk qarşılaşması olacaq.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 31-də keçiriləcək.
Konfrans Liqası
II təsnifat mərhələsi
İlk oyun
25 iyul
20:00. “Sumqayıt” - “Fehervar” (Macarıstan)
Baş hakim: Florian Lata (Albaniya)
Mehdi Hüseynzadə adına şəhər stadionu