...

Konfrans Liqası: “Sumqayıt” ilk oyunda məğlub olub

İdman Materials 25 İyul 2024 21:55 (UTC +04:00)
Konfrans Liqası: “Sumqayıt” ilk oyunda məğlub olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Konfrans Liqasında mübarizə aparan “Sumqayıt” ilk oyununa çıxıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Samir Abasovun yetirmələri II təsnifat mərhələsinə doğma divarlar arasında başlayıb.

Sumqayıtlılar Macarıstan “Fehervar”ını qəbul edib. Oyuna yaxşı başlayan Samir Abasovun yetirmələri 20-ci dəqiqədə hesabı açıblar. Səbuhi Abdullazadə fərqlənib. Amma 11 dəqiqə sonra "Sumaqyıt"ın müdafiəçisi Murad Xaçayev qırmızı vərəq alması planları alt-üst edib. "Fehervar" 2 qol vuaraq, cavab matçı ərəfəsində böyük üstünlük qazanıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 31-də keçiriləcək.

Konfrans Liqası
II təsnifat mərhələsi
İlk oyun
25 iyul
20:00. “Sumqayıt” - “Fehervar” (Macarıstan) - 1:2
Qollar: Səbuhi Abdullazadə, 20 - Tobias Kristensen, 39. Csaba Spandler, 52
Qırmızı vərəqə: Murad Xaçayev, 31

Məqalədə:
Xəbər lenti

Xəbər lenti