Bakı. Trend:
“Sərhədçi” basketbol klubu baş məşqçi ilə bağlı qərarını verib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, komanda yoluna Evren Alkaya ilə davam edəcək.
Türkiyəli mütəxəssislə müqavilə 1 illik uzadılıb.
Komanda avqustun son həftəsində növbəti mövsümün hazırlıqlarına start verəcək. Bundan əvvəl Alkayanın adı “Xırdalan”la da hallanırdı.
Qeyd edək ki, Alkaya ötən mövsümün ortasından “Sərhədçi”ni çalışdırır.