...

İngiltərə Premyer Liqası: "Mançester Yunayted" minimal hesabla qalib gəldi

İdman Materials 17 Avqust 2024 02:26 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İngiltərə Premyer Liqasında 2024/2025 mövsümünə start verilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, açılış matçında "Mançester Yunayted" və "Fulhem" üz-üzə gəliblər.

Gərgin keçən qarşılaşmanın taleyini 1 top həll edib. Meydana sonradan daxil olan Coşua Zirkze 87-ci dəqiqədə "Mançester Yuneyted"ə qələbə qazandırıb. Yay transferi dövründə "qırmızı şeytanlar"ın heyətinə cəlb olunan niderlandlı hücumçu komandada ilk qolunu vurub.

Qeyd edək ki, bu gün turun daha 6 oyunu baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti