...

Rəqiblər arasında ən çətini ilə oynayacağıq - “Sabah”ın baş məşqçisi

İdman Materials 3 Sentyabr 2024 16:40 (UTC +04:00)
Rəqiblər arasında ən çətini ilə oynayacağıq - “Sabah”ın baş məşqçisi

Bakı. Trend:

Komandamız mübarizəyə 2-ci mərhələdən başlayacaq. Bu mərhələdə asan rəqib olmur.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu “Sabah”ın U-19 komandasının baş məşqçisi Adino Mustedanaqiç deyib.

Mütəxəssis UEFA Gənclər Liqasının püşkünü dəyərləndirib. O bildirib ki, “Bazel” onlar üçün ən arzuolunmaz rəqib olub: “Mümkün rəqiblər arasında ən çətini ilə oynayacağımızı deməliyəm. "Bazel" gənclərlə işə xüsusi önəm verən klubdur. Bu klub İsveçrədə ən yaxşı futbol akademiyalarından birinə malikdir. Artıq bu komanda ilə oyunun hazırlıqlarına başlamışıq. Bu cür güclü rəqiblə düşməyimiz bizim üçün sürpriz olmadı. Klub olaraq bu oyunları səbirsizliklə gözləyirik".

Qeyd edək ki, "Sabah"la "Bazel" arasındakı ilk matç oktyabrın 23-də İsveçrədə, cavab oyunu isə noyabrın 6-da Azərbaycanda olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti