...

Dürsədəf Kərimova yarışı medalsız başa vurub

İdman Materials 7 Sentyabr 2024 21:01 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan paracüdoçusu Dürsədəf Kərimova (J2 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarını medalsız başa vurub.

Trend-in İdman.biz-ə istinadən verdiyi məlumata görə, +70 kq çəkidə J2 kateqoriyasında mübarizə aparan Dürsədəf Kərimovanın 1/4 finalda Rebeka de Souza Silvaya (Braziliya) uduzub. Dürsədəf bürünc uğrunda təsəlliverici görüşdə yerli idmançı Preskiliya Lezzini məğlub edib. Kərimovanın bürünc uğrunda görüşdə rəqibi çinli Vanq Honqyu olub.

Vanq Honqyuya məğlub olan paracüdoçumuz yarışı medalsız başa vurub.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti