Bakı. Trend:
Norveç yığmasının heyətində sabah Budapeştdə başlayacaq Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Maqnus Karlsen növbəti titulunu qazanıb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, planetin ən güclü qrossmeysteri onlayn keçirilən sürətli şahmat üzrə dünya çempionatının qalibi olub.
Bu, 16 qat dünya çempionunun, artıq bu kateqoriyalı yarışda 4-cü uğurudur. O, daha əvvəl 2016, 2017 və 2023-cü illərdə sürətli şahmat üzrə dünya çempionatında birinciliyi əldə edib.
Qeyd edək ki, analoji yarışın digər illərində isə (2018-2022) Hikaru Nakamura (ABŞ) ardıcıl 5 dəfə qalib gəlib.