...

Məsut Özil “Qarabağ”ın qonağı olacaq

İdman Materials 9 Oktyabr 2024 10:48 (UTC +04:00)
Məsut Özil “Qarabağ”ın qonağı olacaq
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya millisinin sabiq futbolçusu Məsut Özil Bakıya gəlir.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, dünya çempionu oktyabrın 11-də “Qarabağ”ın qonağı olacaq.

Özil komandanın açıq məşqinin ardından gənc futbolçularla əyləncəli oyunda üz-üzə gələcək. Tədbir saat 16:30-da başlayacaq.

Qeyd edək ki, karyerası ərzində “Şalke”, “Verder”, “Real”, “Arsenal”, “Fənərbaxça” və “Başakşəhər”də oynamış 36 yaşlı futbol veteranı Almaniya millisi ilə DÇ-2014-ün çempionu adını qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti