...

Millətlər Liqası: Millimiz Bakıda uduzub (VİDEO)

İdman Materials 14 Oktyabr 2024 21:53 (UTC +04:00)
Millətlər Liqası: Millimiz Bakıda uduzub (VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, yığmamız Millətlər Liqasının IV turunun matçına çıxıb.

İlk üç görüşün hamısında uduzan Fernandu Santuşun yetirmələri uğursuz seriyanı Slovakiya ilə dueldə qırmağa çalışıb. Millimiz rəqibini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edib.

Slovakiya millisi Azərbaycanı 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, millimiz növbəti oyununu noyabrın 16-da Estoniyaya qarşı keçirəcək. Matç Qəbələ şəhər stadionunda baş tutacaq.

Millətlər Liqası
C liqası, I qrup
IV tur, 14 oktyabr
20:00 Azərbaycan – Slovakiya - 1:3
Qollar:
Toral Bayramov, 38 - Rahil Məmmədov, 15 (öz qapısına). Haraslin, 75. David Duriş, 87
Qırmızı vərəqə: Mahir Emreli, 70
Baş hakim: Rohit Saqqi (Norveç)
Azərbaycan: 1. Mehdi Cənnətov, 21. Qismət Alıyev, 13. Rahil Məmmədov, 15. Bədavi Hüseynov (k), 5. Anton Krivotsyuk, 20. Aleksey İsayev, 18. Ceyhun Nuriyev, 3. Elvin Cəfərquliyev, 17. Toral Bayramov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev
Baş məşqçi: Fernandu Santuş
Slovakiya: 1. Marek Rodak, 16. David Hanko, 14. Milan Şkrinyar (k), 5. Lübomir Şatka, 2. Petar Pekarik,10. Lazslo Benes, 22. Stanislav Lobotka, 8. Ondrey Duda, 17. Lukaş Haraslin, 7. Tomaş Suslov, 15. David Streleç
Baş məşqçi: Françesco Kaltsona
Tofiq Bəhramov adına Respublika stadionu

Xəbər lenti

Xəbər lenti