Bakı. Trend:
Bazar günü "Formula 1" çempionatının 21-ci mərhələsi - Braziliya Qran-prisində təsnifat mərhələsi baş tutub.
Trend-in məlumatına görə, San-Pauludakı hava şəraiti ilə əlaqədar təsnifat şənbə günündən təxirə salınıb.
Təsnifat yarışlarının nəticələrinə görə, ilk sırada "McLaren" komandasının pilotu Lando Norris qərarlaşıb. "Mercedes"in nümayəndəsi Corc Rassel ikinci, "Red Bull"un yapon pilotu Yuki Tsunoda isə üçüncü yeri tutub.
Maks Ferstappen ("Red Bull") və Lens Strollun ("Aston Martin") qəzası nəticəsində trekdə qırmızı bayraqlar qaldırılıb.
"Formula 1"-in yeddiqat çempionu Lyuis Hemilton 16-cı nəticə nümayiş etdirərək birinci seqmentdən kənara çıxa bilməyib.
Seçmə yarışları zamanı həm "Aston Martin", həm də "Williams" pilotları qəzaya uğrayıblar.