...

"Liverpul" və Fransa millisində oynamış forvard Bakıya gələcək

İdman Materials 10 Dekabr 2024 00:38 (UTC +04:00)
"Liverpul" və Fransa millisində oynamış forvard Bakıya gələcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 21-dən iyunun 1-nə qədər Bakıda minifutbol üzrə dünya çempionatı keçiriləcək.

Trend xəbər verir ki, Fransa millisinin də iştirak edəcəyi minifutbol üzrə dünya çempionatının 32 iştirakçısından biri olacaq və bu heyətdə dünyaca tanınmış futbolçulardan biri yer alacaq.

Fransa yığmasının aparıcı üzvlərindən biri olan Cibril Sisse artıq minifutbol yığmasına daxil olub və böyük ehtimalla Bakıdakı mundialda iştirak edəcək.

Fransanın minifutbol millisi Sisse-ni dünya çempionatı üçün heyətə daxil etməyi planlaşdırır.

43 yaşlı veteran forvard karyerası boyunca bir çox klublarda çıxış edib: "Oser", "Liverpul", "Sanderland", "Panatinaikos", "Latsio", QPR, "Əl-Qarafa", "Kuban", "Bastiya", "Sen-Pyeruaz", "İverdon-Sport", "Viçentsa".

Fransa yığmasında 41 görüşdə 9 qol vuran Cibril Sisse, eyni zamanda "Liverpul" və Fransa millisindəki təcrübəsi ilə tanınır.

Xəbər lenti

Xəbər lenti