Bakı. Trend:
Azərbaycanın güllə atıcısı Leyli Əliyeva Almaniyanın Münxen şəhərində təşkil olunan "H&N Kuboku"nda uğurlu çıxışı ilə fərqlənərək bürünc medalın sahibi olub.
Trend-in məlumatına görə, Azərbaycan Atıcılıq Federasiyası "Facebook" hesabında bildirib ki, idmançı pnevmatik tapançadan 10 metr məsafəyə atəş açma yarışında 213.9 xal toplayaraq üçüncü yeri tutub.
Qeyd edək ki, beynəlxalq turnir yanvarın 26-da başa çatacaq.