Bakı. Trend:
Belarus prezidenti Aleksandr Lukaşenko prezident seçkilərində səs verib.
Trend-in məlumatına görə, bu barədə "BELTA" agentliyi xəbər verib.
"Lukaşenko prezident seçkilərində səs verib", - deyə bildirilib.
Qeyd edək ki, yanvarın 26-da Belarusda prezident seçkiləri keçirilir. Yerli vaxtla saat 8:00-dan 20:00-dək açıq olacaq seçki məntəqələri panik düymələri və videomüşahidə sistemləri ilə təchiz olunub.