Bakı. Trend:
Belarusda 2025-ci il prezident seçkilərində vaxtından əvvəl səsverməyə seçicilərin 41,81 faizi qatılıb.
Trend-in məlumatına görə, Belarus Mərkəzi Seçki Komissiyası bu barədə açıqlama yayıb. Ən yüksək seçici aktivliyi Brest vilayətində müşahidə edilib, burada seçicilərin 41,99 faizi səsvermədə iştirak edib. Paytaxt Minskdə isə bu göstərici 41,14 faiz olub.
Prezident seçkilərinin vaxtından əvvəl səsverməsi 2025-ci il yanvarın 21-dən 25-dək keçirilib. Yanvarın 26-da əsas seçki günü olacaq və səsvermə saat 8:00-dan 20:00-dək davam edəcək.
Seçkilərdə prezidentliyə 5 namizəd mübarizə aparır. Onlar: hazırkı Prezident Aleksandr Lukaşenko, bitərəf Anna Kanopatskaya, Liberal Demokrat Partiyasından Oleq Qaydukeviç, Belarus Kommunist Partiyasından Sergey Sırankov və Respublika Əmək və Ədalət Partiyasından Aleksandr Xijnyakdır.