Bakı. Trend:
Bir sıra media resurslarda son zamanlar Azərbaycanda yeni Konstitusiya qəbul olunacağı, bu il ərzində referendum keçiriləcəyi barədə məlumatlar tirajlanır.
Hökumətdəki mənbə Trend-ə açıqlamasında bütün bu məlumatları təkzib edib.
"Gündəlikdə Konstitusiya ilə bağlı dəyişiklik, referendumun keçirilməsi müzakirəsi yoxdur. Bununla bağlı yayılan məlumatlar yalandır, əsassızdır və məsuliyyəsizdir”, - mənbə bildirib.
Qeyd edək ki, daha öncə bir sıra KİV-lərdə bu il Azərbaycanda referendum keçiriləcəyi, yeni Konstitusiyanın qəbul olunacağı barədə yanlış məlumatlat yayılıb.