Bakı. Trend:
Türkiyənin xarici işlər naziri Hakan Fidan Bağdada səfəri zamanı İraq hakimiyyətini PKK və İŞİD qruplaşması ilə birgə mübarizə aparmağa çağırıb.
Trend-in məlumatına görə, bu barədə Hakan Fidan İraqın xarici işlər naziri Fuad Məhəmməd Hüseynlə birgə mətbuat konfransı zamanı deyib.
"Bu faktı ən qəti şəkildə qeyd etmək istəyirəm: PKK Türkiyə, İraq və Suriyaya hücum edir. Bölgənin gələcəyi və xalqlarımızın firavanlığı üçün terrora qarşı birgə mübarizə aparmalıyıq. PKK və İŞİD-i məhv etmək üçün bütün gücümüzü sərf etməliyik", - deyə o bildirib.
Onun sözlərinə görə, Ankara hələ də 2024-cü ildə PKK-nı qadağan olunmuş təşkilatlar siyahısına əlavə edən Bağdadın onu terror təşkilatı kimi tanımasını gözləyir. O qeyd edib ki, tərəflər həmçinin kəşfiyyat sahəsində mümkün əməkdaşlıq və digər ölkələrin İŞİD-in məhvinə cəlb olunmasını müzakirə ediblər.