Bakı. Trend:
İtaliya ilə Səudiyyə Ərəbistanı arasında enerji, infrastruktur və turizm sahələrini əhatə edən 10 milyard dollarlıq müqavilələr imzalanıb.
Trend xəbər verir ki, İtaliyanın Baş naziri Ciorcia Meloni Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində Krallığın vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud ilə görüşüb. Daha sonra İtaliya-Səudiyyə Ərəbistanı yüksək səviyyəli dəyirmi masa keçirilib.
Ciorcia Meloni deyib ki, həm hökumət, həm də özəl səviyyədə çoxsaylı müqavilələr imzalanıb.
“Bütün Aralıq dənizi üçün bir fürsət, ümumi dəyəri 10 milyard dollar olan razılaşmalar əldə etdik. Ölkələrimiz arasında əməkdaşlıq üçün yeni dövr başlayır. “Mattei Planı”na uyğun olaraq Afrikada əməkdaşlıq üçün özəl sektor tərəfindən də sazişlər imzalanıb”, - deyə Baş nazir qeyd edib.