Bakı. Trend:
Azərbaycanın Ukrayna, Moldova və digər Şərqi Avropa ölkələrini təmin etmək üçün kifayət qədər qazı mövcuddur.
Trend-in məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Moldova Prezidenti Maya Sandu ilə birgə mətbuat konfransında açıqlama verib.
O qeyd edib ki, Azərbaycanın regiona ixrac edilməsi mümkün olan qaz həcmləri var və bu ixracı artırmaq mümkündür.
“Bunun yalnız Moldovaya deyil, həmçinin Slovakiya kimi ölkələrə də aid olduğunu vurğulayıb. Zelenski əlavə edib ki, Azərbaycanın tədarük marşrutları mövcuddur, əsas məsələ isə siyasi iradənin olmasıdır”, - o bildirib.