Bakı. Trend:
Almaniyanın Münxen şəhərində Bavariya polisinin kinoloji xidmətinin nəqliyyat parkında 23 avtomobil yanıb.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, yanğın dərhal söndürülüb və hazırda genişmiqyaslı təhqiqat aparılır, hadisənin səbəbləri araşdırılır.
Polis idarəsinin nümayəndəsi yanğının təxribat nəticəsində baş verdiyini istisna etməyib.