...

Türkiyə ordusu İraqın şimalında 13 PKK terrorçusunu zərərsizləşdirib

Dünya xəbərləri Materials 26 Yanvar 2025 16:12 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında 13 PKK terrorçusunu zərərsizləşdiriblər.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi xəbər verib.

Nazirlik terrorçuların Şimali İraqın Hakurk, Qara və Metina bölgələrində müəyyən edildiyini bildirib.

"Türkiyə silahlı qüvvələri son terrorçu zərərsizləşdirilənə qədər əməliyyatları qətiyyətlə davam etdirəcək", - deyə nazirlik qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti