Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Pentaqona əvvəlki administrasiyanın İsrailə 2000 funt-sterlinqlik (908 kq) bombaların tədarükünə qoyduğu qadağanı ləğv etmək göstərişi verib.
Trend-in "Axios" xəbər portalına istinadla verdiyi məlumata görə, ABŞ anbarlarında saxlanılan 1800 ədəd MK-84 bombası yaxın günlərdə İsrailə göndəriləcək.
Məlumata görə, keçmiş prezident Co Bayden 2024-cü ilin mayında belə bombaların tədarükünü dayandırmaq qərarı verib.
Bu qərar, xüsusilə, MK-84-lərin Qəzza zolağında sıx məskunlaşmış ərazilərdə istifadəsinin qarşısını almaq məqsədi daşıyırdı və ABŞ-İsrail münasibətlərində gərginliyə səbəb olmuşdu.