...

ABŞ Dövlət Departamenti hərbi sursatların təmizlənməsi proqramlarını dayandırır

Dünya xəbərləri Materials 26 Yanvar 2025 06:25 (UTC +04:00)
ABŞ Dövlət Departamenti hərbi sursatların təmizlənməsi proqramlarını dayandırır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Dövlət Departamenti, bütün dünyada partlamamış hərbi sursatların təmizlənməsi proqramlarını dayandırmaq barədə humanitar təşkilatlara məlumat verib.

Trend xəbər verir ki, bu barədə New York Times qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, müvafiq bildiriş şənbə günü səhər Dövlət Departamentinin silahların ixtisarına cavabdeh olan ofisinin rəhbəri Karen Çandler tərəfindən göndərilib. Mesajda humanitar təşkilatlara, ABŞ tərəfindən maliyyələşdirilən minalardan təmizləmə proqramlarını “dərhal dayandırmağı” xahiş edilib.

Nəşr, Amerikanın yeni administrasiyasının bu proqramlarla bağlı əlavə addımlar atacağına da işarə edib.

Xəbər lenti

Xəbər lenti