Bakı. Trend:
Türkiyənin Konya şəhərində 4 mərtəbəli yaşayış binasının çökməsi ilə əlaqədar 4 nəfər saxlanılıb.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, Konyanın baş prokurorluğunun müstəntiqləri hadisə yerində detallı araşdırma aparır.
Səhərə kimi dağıntılar altında axtarışlar aparan xilasedicilər 3 nəfəri sağ çıxara bilib. İki nəfərin xilas edilməsi üzrə əməliyyat davam etdirilsə də, hələ ki, bir nəticə əldə olunmayıb.