Bakı. Trend:
İngiltərə Premyer Liqasında 23-cü turun növbəti oyunu keçirilib.
Trend-in məlumatına görə, "Tottenhem" doğma meydanda "Lester"i qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 33-cü dəqiqədə ev sahiblərinin heyətində Riçarlison açsa da, "Lester"də Cemi Vardi və Bilal Əl Xannouss fərqlənərək "tülkülər"ə üç xalı qazandırıb.
Bu nəticədən sonra xallarını 17-yə çatdıran "Lester" 17-ci pilləyə yüksəlib. London klubu isə 24 xalla 15-ci sırada qalıb.
Digər matçda isə "Brentford" eyni hesabla "Kristal Pelas"a qalib gəlib.