Bakı. Trend:
Yanvarın 25-də Şimali Koreya sualtı qayıqların yerləşdirilməsi və qurudakı hədəflərə zərbələr endirmək üçün nəzərdə tutulmuş strateji qanadlı raketi uğurla sınaqdan keçirib.
Trend xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb. Buraxılışı ölkə lideri Kim Çen In müşahidə edib.
Atılan raketlər 1500 km məsafəni təxminən 7500 saniyəyə qət edərək hədəflərini vurub. Beləliklə, uçuşun orta sürəti 720 km/saat olub.