Bakı. Trend:
Cənubi Koreya prokurorluğu prezident Yun Sok Yola qarşı qiyama görə rəsmi ittihamlar irəli sürüb.
Trend-in məlumatına görə, bu barədə "Yonhap" agentliyi xəbər verib.
Yanvarın 23-də Yüksək Səviyyəli Məmurlar barəsində Korrupsiyaya Qarşı İstintaq İdarəsi Yun Sok Yolun işini prokurorluğa təqdim edib. Həmin gün prokurorluq prezidentin həbs müddətinin uzadılması tələbi ilə məhkəməyə müraciət edib. Məhkəmə iki dəfə hüquq-mühafizə orqanının həbs müddətinin uzadılması ilə bağlı vəsatətini rədd edib.
Qeyd edək ki, Yun Sok Yol yanvarın 15-də həbs edilib, məhkəmə isə yanvarın 19-da onun barəsində həbs qətimkan tədbiri seçib.