...

Azərbaycan parataekvondoçusu Türkiyədə bürünc medal qazanıb (FOTO)

İdman Materials 9 Fevral 2025 00:43 (UTC +04:00)
Azərbaycan parataekvondoçusu Türkiyədə bürünc medal qazanıb (FOTO)

Bakı. Trend:

Azərbaycan parataekvondoçusu Orxan Cəfərov (80 kiloqram) Antalya şəhərində keçirilən Türkiyə Açıq turnirində bürünc medal qazanıb.

Trend-in məlumatına görə, bu barədə Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, Azərbaycanı K44 kateqoriyasında təmsil edən idmançı yarışa 1/8 finaldan start verib. O.Cəfərov ardıcıl olaraq türkiyəli və meksikalı rəqiblərini məğlub etsə də yarımfinalda mübarizəni dayandırıb və 3-cü yerlə kifayətlənib.

Qeyd edək ki, turnir "Los-Anceles-2028" Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırıb.

Xəbər lenti

Xəbər lenti