Bakı. Trend:
"Barselona" minimal hesabla qalib gələrək liderliyə yüksəldi.
Trend xəbər verir ki, İspaniya La Liqasında 24-cü turun son matçında "Barselona" doğma meydanda "Rayo Valekano" ilə qarşılaşıb.
Görüşün yeganə qolunu 28-ci dəqiqədə Robert Levandovski penalti zərbəsindən vurub.
Bu qələbə sayəsində kataloniyalılar xallarını "Real Madrid"lə bərabərləşdirərək, əlavə göstəricilərə görə turnir cədvəlinin zirvəsinə yüksəliblər.