Bakı. Trend:
Türkiyə millisinin qapıçısı Altay Bayındır "Mançester Yunayted"dən ayrılmaq istəyir.
Trend Türkiyə mətbuatına istinadla xəbər verir ki, 26 yaşlı qapıçıya İngiltərə Premyer Liqasının müxtəlif klublarından təkliflər daxil olub.
Onu israrla heyətində görmək istəyən klublardan biri "Fulhem"dir. London təmsilçisi türk qapıçısı üçün artıq hərəkətə keçib və Bayındırı icarəyə götürməyi düşünür. Altay Bayındırın "Mançester Yunayted"lə müqaviləsi 2027-ci ilin iyununa qədərdir.
Qeyd edək ki, Altay Bayındır 2023-cü ilin sentyabrında "qırmızı şeytanlar"la müqavilə imzalayıb və daha əvvəl "Ankaragücü" və "Fənərbağça" klublarında da qapıçı kimi çıxış edib.