Bakı. Trend:
“Bavariya” futbolçusu Yozua Kimmix ilə müqavilə müddətini uzadacaq.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, Münxen klubunun nümayəndələri Almaniya millisinin 30 yaşlı kapitanı ilə hazırkı müqavilənin müddətinin uzadılması ilə bağlı şifahi razılığa gəliblər.
Qeyd edək ki, Yozua Kimmix bu mövsüm Almaniya çempionatında "Bavariya"nın heyətində 23 oyunda,1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2015-ci ildən Bundesliqa nəhəngində çıxış edir.
