Bakı. Trend:
Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirində yarımfinal mərhələsinin görüşləri keçirilib.
Trend-in məlumatına görə, Azərbaycan millisinin idmançısı Zidan Hümbətov (54 kiloqram) finala gedən yolda Ali Muratla (Qazaxıstan) üz-üzə gəlib.
Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb. Hər 3 raundu xeyrinə bitirən Hümbətov rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, finalda Aldiyar Bahadurla (Qazaxıstan) döyüşəcək.
Digər boksçularımızdan Banuçiçək Nəsirli (48 kiloqram), Özləm Həsənova (66 kiloqram) və İlkanə Əhmədova (+81 kiloqram) isə turniri bürünc medalla başa vurublar.