...

Azərbaycan millisi Maltaya uduzub qrup sonuncusu olub

İdman Materials 18 Mart 2025 16:09 (UTC +04:00)
Azərbaycan millisi Maltaya uduzub qrup sonuncusu olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın qadınlardan ibarət U-17 millisi bu gün Avropa çempionatının 2-ci seçmə mərhələsində 3-cü oyununu keçirib.

Trend xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan millimiz son matçında Malta yığması ilə üz-üzə gəlib.

Bayıl stadionunda təşkil olunan qarşılaşma Maltanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qrupun digər oyununda eyni vaxtda Lüksemburq və Bolqarıstan kollektivləri üz-üzə gəlib. Bolqarıstan 4 cavabsız qolla rəqibini üstələyib.

Bu nəticələrdən sonra Bolqarıstan və Lüksemburq 6 xalla qrupda 1-ci və 2-ci yerləri bölüşürlər. Malta və Azərbaycan millisi isə hərəyə 3 xalla müvafiq olaraq 3-4-cü yerlərdə qərarlaşıblar. Qrup lideri olan Bolqarıstan A Liqasına yüksəlib.

Qeyd edək ki, Azərbaycan millisi bundan əvvəl Lüksemburqa 0:5 hesabı ilə uduzub, Bolqarıstana 3:2 hesabı ilə qalib gəlib.

18 mart

13:00. Malta U-17 - Azərbaycan U-17 - 2:0

Baş hakim: Filipa Pereyra Kunya (Portuqaliya)

Baş hakimin köməkçiləri: Kristiana Moreyra Koşta (Portuqaliya), Erinda Kume (Albaniya)

Dördüncü hakim: Eqlantina Pyetruşay (Albaniya)

Bayıl stadionu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti