...

Millimiz Albaniyaya qarşı

İdman Materials 19 Mart 2025 10:04 (UTC +04:00)
Millimiz Albaniyaya qarşı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan U-17 millisi bu gün Avropa çempionatının 2-ci seçmə mərhələsində ilk oyununu keçirəcək.

Trend xəbər verir ki, B Liqasının 6-cı qrupunda yer alan millimiz Albaniya yığması ilə üz-üzə gələcək.

Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunacaq qarşılaşmanı lüksemburqlu baş hakim idarə edəcək. Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, qrupun bütün oyunları Albaniyada keçiriləcək.

19 mart

18:00. Azərbaycan (U-17) – Albaniya (U-17)

Baş hakim: Jérémy Muller (Lüksemburq)

Baş hakimin köməkçiləri: Yannick Mentz (Lüksemburq), Gian Marco Ercolani (San Marino)

Dördüncü hakim: Michele Beltrano (San Marino)

Elbasan Arena.

Xəbər lenti

Xəbər lenti