...

Azərbaycanlı qadın sablyaçılar Dünya Kubokunda mübarizəni 12-ci yerdə başa vurublar

İdman Materials 31 Mart 2025 18:15 (UTC +04:00)
Azərbaycanlı qadın sablyaçılar Dünya Kubokunda mübarizəni 12-ci yerdə başa vurublar
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Misirin paytaxtı Qahirədə qadınlar arasında sablya üzrə Dünya Kubokunun mərhələ yarışlarına yekun vurulub.

Trend xəbər verir ki, Azərbaycan milli komandası – Səbinə Kərimova, Palina Kaspiaroviç və Zərifə Hüseynovadan ibarət heyət – komanda yarışında 12-ci yeri tutub.

İlk görüşdə Hindistan yığmasını 45:29 hesabı ilə məğlub edən sablyaçılarımız 1/4 finala yüksəlmək uğrunda Yaponiya millisinə 35:45 hesabı ilə uduzub.

Daha sonra 9-16-cı yerlər uğrunda mübarizədə Almaniya yığmasını 45:42 hesabı ilə məğlub edən komandamız, İspaniya ilə qarşılaşmada 36:45 hesabı ilə məğlubiyyətlə üzləşib. Son olaraq, 11-ci yer uğrunda ABŞ yığmasına 32:45 hesabı ilə uduzan Azərbaycan millisinin turniri 12-ci yerdə başa vurduğu rəsmiləşib.

Şəxsi yarışlarda Palina Kaspiaroviç və Zərifə Hüseynova ən güclü 64 idmançı arasına yüksəlsələr də, növbəti mərhələyə adlaya bilməyiblər. Palina yarışın qalibi olan yunanıstanlı Despina Georgiadouya 9:15 hesabı ilə məğlub olub, Zərifə isə amerikalı Maia Çemberleynə 10:15 hesabı ilə uduzub.

Xəbər lenti

Xəbər lenti