...

“Union Sent-Jilluaz” 90 ildən sonra Belçika çempionu oldu

İdman Materials 26 May 2025 05:12 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Union Sent-Jilluaz” futbol klubu 1935-ci ildən sonra ilk dəfə Belçika çempionu olaraq adını tarixə yazdırıb.

Trend xəbər verir ki, komandanın bu uğuru oyunçuların seçimi üçün analitik modellərə əsaslanan innovativ yanaşma sayəsində mümkün olub.

Klub 2018-ci ildə britaniyalı iş adamı və professional poker oyunçusu Toni Blum tərəfindən alındıqdan sonra ciddi dəyişikliklərə start verilib. Blum tərəfdaşı ilə birlikdə oyunçuların yalnız texniki bacarıqlarını deyil, həm də onların mental xüsusiyyətlərini və meydanda digər futbolçularla uyğunluğunu qiymətləndirən xüsusi sistem tətbiq edib.

Böyük transfer xərcləri olmadan rəqabətədavamlı heyət qurmağa nail olan “Union Sent-Jilluaz” 2025-ci ildə – 90 illik fasilədən sonra – Belçika futbolunun zirvəsinə yüksələrək böyük sensasiyaya imza atıb.

Xəbər lenti

Xəbər lenti